adalet.az header logo
  • Bakı -°C
19 Yanvar 2026 10:32
66
HADİSƏ
A- A+

Azərbaycanda alim vəfat etdi

Azərbaycan kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, “Şöhrət” ordeni laureatı, AMEA-nın müxbir üzvü Mustafa Səttar oğlu Salahov vəfat edib.

Adalet.az xəbər verir ki, M.Salahov ötən gün yanvarın 18-də 95 yaşında dünyasını dəyişib.

Mərhum alim uzun illər Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışıb.