“Bakı regional rasionalizmin ana qaydalarını tapa bildi”
“Hazırda dünyada gedən müharibələrin əksəriyyəti bizim coğrafiyaya yaxındır. Daxili münaqişələri də nəzərə alsaq, hazırladığımız xəritədə harda yaşadığımızı daha dəqiq görə bilərik. 2 min km radiusda 5-6 dənə müharibə ocağı mövcuddur. Maraqlıdır, beynəlxalq münasibətlər üzrə nəzəriyyələrin bu vəziyyətə dair izahı nədir?”.
Adalet.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.
“Realizmə görə dünyada həmişə mövcud olan anarxik beynəlxalq sistemin mahiyyəti elə budur.Yəni bu xəritədə normlar yox, hərbi reallıqlar əvvəlcə gəlir. Neorelist Kenneth Waltzın yanaşmasına görə bölgədə bu vəziyyətin səbəbi qlobal güclərini toqquşma zonasına düşməsinə görədir. ABŞ, Rusiya,Çin üçbucağında qalan orta şərq və Şərqi Avropa təzyiq zonasına düşür( biz də şərqi Avropaya aidik). Liberalistlərə görə qlobal nizamın uğursuzluq nümunəsidir. Konstruktivizmçilərə görə isə bölgədə dövlətlərin güclü millil kimlik davası gedir. Klassik Maklinder və Spaykmana görə isə Heartland və Rimland savaşı gedir. Xəritənin təhlili göstərir ki, beynəlxalq sistem post-liberal xaosa daxil olub.Müharibələr lokal deyil, bir-biri ilə əlaqəlidir. Əsas sual:Bu qədər müharibə zonasında Bakı necə salamat qalır? Bakı təhlükəsizlik formulunu tapdı - Ermənistanı məğlub edərək, geosiyasətdə ciddi hərbi-siyasi müttəfiqlik münasibətləri qurdu. Bakı balans diplomatiyasının ən nadir nümunələrdən biridir. Bakı regional rasionalizmin ana qaydalarını tapa bildi”, - deyə o, bildirib.
Vasif
Digər Xəbərlər
27 Oktyabr 2026 20:02
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
27 Oktyabr 2026 20:00
Prezident Forumda çıxış etdi - FOTOLAR - VİDEO - YENİLƏNİB
27 Oktyabr 2026 18:01
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub - YENİLƏNİB
27 Oktyabr 2026 17:41
UNOCT-un Azərbaycanda təmsilçiliyinin genişləndirilməsi planları müzakirə olunub
27 Oktyabr 2026 16:49
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü - FOTOLAR
27 Oktyabr 2026 14:42
“Türkiyə ilə qardaş münasibətəri korlayan mütəşəkkil qruplaşma tam tərkibdə aşkar edilməlidir”
27 Oktyabr 2026 14:40
"Sülhün təmin edilməsi üçün hərbi xərclərin yarım faizi kifayətdir" - ICESCO-nun Baş direktoru
27 Oktyabr 2026 14:04


Bakı -°C

