Azərbaycanda avtobuslardan istifadə edən sərnişinlərin sayı artıb
Ölkədə avtobusla daşınan sərnişinlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Adalet.az Azərbaycan Yerüstü Nəqliyyat Agentlyinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-aprel ayları ərzində avtobuslarla 556 milyon 587 min sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 milyon nəfər çoxdur.
Bildirilir ki, xüsusilə paytaxtda yol infrastrukturunda tətbiq edilən yeniliklər ictimai nəqliyyatın cəlbediciliyini artırıb.
"Xüsusi hərəkət zolaqları hesabına sərnişinlərin rahat, maneəsiz və sürətli daşınması təmin edilib. Belə ki, ictimai nəqliyyat vasitələrinin bu zolaqlarda orta sürəti artıb, marşrut üzrə hərəkət vaxtı 12-22 dəqiqəyə kimi azalıb. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə taksi minik avtomobilləri ilə səyahət edənlərin sayı azalıb.
2025-ci ilin yanvar-aprel ayları ərzində taksidən 25 milyon 514 min sərnişin istifadə edib. Bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 min nəfər azdır", - qurumdan əlavə olunub.
Digər Xəbərlər
10 May 2026 00:10
"Əminəm ki, Onun ruhu şaddır" - İlham Əliyev - VİDEO
10 May 2026 00:00
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
09 May 2026 18:02
DTX-də Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub - FOTOLAR
09 May 2026 17:54
“Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTOLAR
09 May 2026 17:42
Birinci xanımın evlərinə qovuşan vətəndaşlarla səmimi anları - FOTOLAR
09 May 2026 16:19
Meloni Bakı səfərində bu avtomobildən istifadə edib - VİDEO
09 May 2026 15:01
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR + VİDEO
09 May 2026 12:15


Bakı -°C

