Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur.
Adalet.az-ın məlumatına görə, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.
Digər Xəbərlər
17 Dekabr 2025 17:53
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
17 Dekabr 2025 17:25
Səhiyyə Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib
17 Dekabr 2025 16:41
Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam
17 Dekabr 2025 16:29
Ailə vəzifələri olan işçilərin işdən çıxarılması cinayət məsuliyyəti yaratsın - TƏKLİF
17 Dekabr 2025 15:57
"Bu, kişini hörmətdən salmır, ona olan etibarı artırır" - Komitə sədri
17 Dekabr 2025 15:42
MTV kanalına xəbərdarlıq edilib
17 Dekabr 2025 14:35
Kamran Əsədovun cinayət işinin detalları - Pinəçi də istintaqa dəvət olunub - FOTOLAR
17 Dekabr 2025 14:31


Bakı -°C

