Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə - 12 nəfər...
"Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub".
Adalet.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər:
"Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür".
***15:41
Salyan rayonunda məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub, 13 nəfər xəstəxanaya yerləşdirilib.
Adalet.az xəbər verir ki, hadisə Aşağı Noxudlu kəndində yerləşən məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, 11 şagird və 2 xadimə odun sobasından çıxan tüstüdən zəhərlənmə şübhəsi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
16 Noyabr 2026 16:18
Bakıda restorandakı yanğın söndürüldü - YENİLƏNİB
16 Noyabr 2026 10:42
Güclü küləkdə paytaxtda 32 ağac sınıb
16 Noyabr 2026 09:49
Bakıda avtobus piyadanı vuraraq öldürdü
16 Noyabr 2026 09:38
Külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
16 Noyabr 2026 09:32
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
16 Noyabr 2026 09:00
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
15 Noyabr 2026 21:40
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - VİDEO
15 Noyabr 2026 21:10


Bakı -°C

