adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2026 15:43
46
SAĞLAMLIQ
A- A+

Dişin ağrıyır?

Bu günlər bir dostumla görüşdüm. Gördüm ki, dişinin ağrısından dayana bilmir, o yan, bu yana gedir , elə hey   ufuldayır! Soruşdum ki, nolub ? Dedi ki, görmürsən nə vəziyyətdəyəm , dişimin ağrısına dözə bilmirəm. Tanıdığım bir stomatoloqa  yönləndirdim. Çox sevindi . Üç-dörd saatdan sonra mənim mobil telefonuma zəng vurdu.

Yenə sevinə-sevinə bildirdi ki, Allah Ceyhun həkimin də , sənin də balaların saxlasın, canımı yaxşı qurtardım və ağrıyan dişimi  çıxartdırdım.Amma bir məsələ var. Həkim o biri dişlərimə baxdı və təəccüblə dedi ki, cavan adamsadan, amma bir salamat dişin qalmayıb. Mən  o dişlərdən 9- un müalicə edəcəyəm, ancaq o biri dişlər çıxarılmalıdır. Bunun başqa yolu yoxdur.

Çıxarılan dişlərin də yerinə protez dişlər qoyulmalıdır. Əgər dişlərin müalicə olunmasa , onlar da bir- iki aya çürüyəcək. İstər - istəməz həkimlə razılaşdım. Bu yaşa- 45 yaşa çatmışam bir dəfə gedib dişimi müayinə elətdirməmişəm. Bax , öz səhhətinə qarşı səhlənkarlığın axırı da belə  olur. Ona görə də, gənclərə müraciət edərək deyirəm ki, sağlamlığınızın qədrini bilin. Heç olmasa, ildə bir dəfə müayinədən keçin!

Emil FAİQOĞLU