Azərbaycanda meymunçiçəyinə yoluxma faktı aşkarlandı
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.
Bildirilib ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Qeyd edilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.
"Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək", - birgə məlumatda qeyd olunub.
Digər Xəbərlər
06 Fevral 2026 11:03
Bakıda 540 qram çəkidə dünyaya gələn körpə xilas edildi
05 Fevral 2026 14:30
"Məlhəm" hospitalı ilə yazar ailəsi arasında borc mübahisəsi böyüyür
04 Fevral 2026 09:54
Ötən ay nə qədər transplantasiya əməliyyatı icra olunub? - RƏSMİ
04 Fevral 2026 09:22
Uşaqlar arasında suçiçəyi xəstəliyi yayılıb - VİDEO
03 Fevral 2026 17:01
Siqareti tərgitdikdən sonra nələr baş verir?
03 Fevral 2026 15:40
QİÇS-ə qarşı vaksinin prototipi hazırlandı
03 Fevral 2026 10:05
“Sağlam radio”da “Dərmanların qeydiyyat və nəzarət mexanizmi”ndən danışıldı
03 Fevral 2026 10:05


Bakı -°C

