25 Oktyabr 2025 12:12
75
HADİSƏ

Azərbaycanda müəllim iş başında öldü

Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi vəfat edib.

Adalet.az APA-ya istinadən xəbər verir ki,  1984-cü il təvəllüdlü musiqi müəllimi Günel Hüseynova iş başında olarkən qəfil halı pisləşib.

O, dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.