Belqorod su anbarının bəndi ciddi zədələndi, təxliyə elan edildi

Rusiyada Belqorod su anbarı bəndi Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində zədələnib.
Adalet.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında məlumat verib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri yenidən hücum edərsə, Belqorod su anbarı bəndi dağıla və təxminən 1 000 nəfərin evi su altında qala bilər.
"Bu baş verərsə, təxminən 1 000 sakinin yaşadığı yaşayış məntəqələrimizdəki bir neçə küçəni su basma riski yaranacaq", - o yazıb.
Qladkov, həmçinin daşqın riski altında yaşayanların təxliyə olunduğunu söyləyib. Sakinlərə müvəqqəti yaşayış yeri axtarmaq tövsiyə olunub.
Digər Xəbərlər
25 Oktyabr 2025 11:51 Makronun arvadının adını bu şəkildə yazdılar
25 Oktyabr 2025 11:22 Türkiyə Qəzzanı sabitləşdirmə qüvvələrinin tərkibindən çıxarıla bilər
25 Oktyabr 2025 10:53 Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb - 1 ölü, 19 yaralı
25 Oktyabr 2025 10:48 Rusiyanın itkiləri yeniləndi
25 Oktyabr 2025 10:34 Rusiya Kiyevi ballistik raketlərlə vurdu - Ölən var + YENİLƏNİB
25 Oktyabr 2025 10:17 Tramp Çin lideri ilə bu məsələni müzakirə edəcək
25 Oktyabr 2025 10:10 Tailandın sabiq kraliçası vəfat etdi
24 Oktyabr 2025 19:00 

Bakı -°C 






