05 Iyun 2025 14:06
666
MƏMLƏKƏT

Azərbaycanda növbəti torpaq hərracları elan edildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 9-da növbəti dəfə torpaq hərracları keçirəcək.

Adalet.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraclar ƏMDX-nın Ağdaş, Yevlax, Ucar, Göyçay, Tərtər, Ağstafa, Ağcabədi və Biləsuvar ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 13 torpaq sahəsi çıxarılacaq.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.