Azərbaycanda orta aylıq əməkhaqqı 9 %-dən çox artıb
Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 % artaraq 1 003,3 manat təşkil edib.
Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 749,4 min nəfər olub, onlardan 893,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,9 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 %-i sənaye, 8,4 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 14,5 %i- isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Digər Xəbərlər
14 Mart 2026 09:21
Azərbaycan neftinin qiyməti 109 dolları ötdü
13 Mart 2026 14:55
“İqtisadi diplomatiya siyasətinin ən böyük uğurları dövlətimizin aktivinə yazıldı”
13 Mart 2026 11:58
Azərbaycandan Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb
13 Mart 2026 11:29


Bakı -°C

