Azərbaycanda övladlığa götürülən qız anasını evdən çıxardı - VİDEO

Qubada övladlığa götürülən qız anasını evdən çıxarıb.
Adalet.az xəbər verir ki, 63 yaşlı Rübabə Laçınova acınacaqlı həyat hekayəsini Real TV-yə danışıb.
Onun sözlərinə görə, hazırda yaşadığı otaqda heç bir şərait yoxdur və ona sahib çıxan kimsə qalmayıb.
"Bu gün mənim halıma yanan yoxdur. Tanrıdan başqa ümidim yoxdur", - deyə yaşlı qadın bildirib.
Rübabə Laçınova Quba rayonunda anadan olub və ömrünün sonunadək orada yaşayıb.
1980-ci ildə Əhməd Ağa adlı şəxslə ailə həyatı qurub. Evliliklərinin ilk illərində övladları olmadığı üçün bir müddət sonra qaynının qızı Şahnazı övladlığa götürüblər. R.Laçınova deyir ki, Şahnazla doğma qızları arasında heç bir fərq qoymayıb, onu da eyni sevgi ilə böyüdüb.
Lakin həyat yoldaşı vəfat etdikdən sonra ailədə problemlər yaranıb. Ev dağıldıqdan sonra Şahnaz anasına evdən çıxmalı olduğunu bildirib.
Digər Xəbərlər

Ağdamda insan sümükləri TAPILDI

Azərbaycanlı hərbi jurnalist vəfat etdi

Təmizlik işçilərinin maaşı kəsilib? - Video

Ağdərədə minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB

Qəbələyə istirahətə gedən 4 yaşlı uşaq hovuzda boğularaq ölüb

Şəki-Oğuz yolunda qəza - Ana və övladı xəsarət aldı

20 nəfərin xəsarət aldığı qəzadakı mikroavtobus qanunsuz işləyirmiş - Rəsmi
