Azərbaycanda qarayaraya yoluxanların sayı artıb

Ötən il Azərbaycanda 22 nəfər qarayara (qaramaldan, xırdabuynuzlu heyvanlardan insana keçən zoonoz xəstəlik - red) yoluxub.
Adalet.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ildə bu göstərici 14 nəfər olub.
Bununla yanaşı 2023-cü ildə tulyaremiyaya (dovşan və gəmiricilərdən - red) yoluxma faktı aşkarlanmasa da, 2024-cü ildə bir nəfər bu infeksiyaya yoluxub.
Komitədən bildirilib ki, 2024-cü ildə bruselyoza (qaramal, qoyun və keçi, donuz, dəvələrdən - red) yoluxmada azalma müşahidə edilib. 2023-cü ildə bu xəstəliyə 277 yoluxma aşkarlanıbsa, ötən il bu göstərici 210 nəfərə enib.
Bundan başqa askaridioza (çirkli su, yuyulmamış meyvə-tərəvəz və çirkli əldən -red) yoluxmada artım qeydə alınıb. 2023-cü ildə 16 min 253, 2024-cü ildə isə 16 min 800 nəfər askaridioza yoluxub.
Digər Xəbərlər

Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırıldı

Qan azlığı...

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!

Sırğalarla yatmaq qulaqlarınıza zərər verə bilər

Şizofreniya bu iki gendə daha çox müşahidə edilir

Metroda doğulan körpə və anası evə buraxıldı

Ötən il qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı
