Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı
Astara rayonunda məişət şəraitində baş verən zəhərlənmənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, araşdırma nəticəsində hadisənin qarpız zəhərlənməsindən baş verməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib. Belə ki, Astara rayon sakinlərinin 03.09.2025-ci il tarixində Astara rayonu Motlayataq kəndində Heydərli Samir Firdovsi oğluna məxsus həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində bir gün öncədən ev şəraitində hazırlanan qidalardan qəbul etdikləri məlum olub.
Məclisdə istehlaka təqdim edilən ev şəraitində bişmiş qidalardan nümunələr götürülərək, laborator analizlərə cəlb edilib.
Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir. Eyni zamanda, istehlakçılar arasında çaşqınlıq və narahatlıq yaranmaması üçün yalnız rəsmi qurumlar tərəfindən təqdim olunan, dəqiqləşdirilmiş məlumatlara istinad edilməlidir.
Qeyd edək ki, hadisə nəticəsində 15 nəfər zəhərlənib, onlardan ikisinin vəziyyəti ağırdır.
Digər Xəbərlər
07 Oktyabr 2026 15:20
Yeni nəsil linzalar eynəkdən asılılığı azaldır
06 Oktyabr 2026 07:49
Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
05 Oktyabr 2026 16:17
Nazirlik taunla bağlı məlumat yaydı
05 Oktyabr 2026 13:02
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
05 Oktyabr 2026 12:29
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
05 Oktyabr 2026 12:22
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
05 Oktyabr 2026 10:18
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
04 Oktyabr 2026 18:08


Bakı -°C

