Azərbaycanda “Reklam haqqında” qanun dəyişəcək
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Reklam haqqında" qanunda dəyişikliklə bağlı qanun layihəsi hazırlayıb.
Bu barədə Adalet.az-a Dövlət Xidmətindən bildirilib.
Qurum bəyan edib ki, apardığı monitorinqlər çərçivəsində sosial şəbəkələr də daxil olmaqla internet informasiya ehtiyatlarında reklam qanunvericiliyinin pozulması halları aşkar edib. "Reklam haqqında" qanuna əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. Mövcud qanunvericiliyə əsasən reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti həyata keçirmək Dövlət Xidmətinin vəzifələrindən biridir.
Sözügedən vəzifənin icrası çərçivəsində Dövlət Xidməti mütəmadi monitorinqlər aparır, həmçinin hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə baxır. Aparılan monitorinqlər reklam subyektlərinin yayımladığı reklamlarda qanunvericiliyin tələblərinə tam əməl edilməməsi hallarının olduğunu göstərir. Aşkar olunan halların araşdırılması zamanı reklam subyektlərinin pozuntu əlamətlərinə daha çox sosial şəbəkələr də daxil olmaqla, internet informasiya ehtiyatlarında yayımlanan reklamlarda (yəni reklam bannerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər və s.) yol verdiyi müəyyən edilib.
Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Dövlət Xidməti rəqəmsal platformalarda reklam fəaliyyətinin tənzimlənməsi barədə beynəlxalq təcrübəni (Fransa, Türkiyə, Rusiya, Avropa İttifaqı, Birləşmiş Krallıq) araşdırıb və bu kimi halların aradan qaldırılması üçün "Reklam haqqında" qanunda dəyişiklik layihəsi hazırlanıb. Həmin layihəyə əsasən, qanunvericiliyə yeni anlayışların daxil edilməsi, bir sıra normalara müvafiq dəyişikliklərin edilməsi, habelə internet informasiya ehtiyatlarında yayımlanan reklamların xüsusiyyətlərinin tənzimlənməsi üçün müvafiq normaların əlavə edilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
25 Dekabr 2025 19:38
Unun topdan satış qiyməti açıqlandı
25 Dekabr 2025 12:00
Azərbaycanda bankların xalis mənfəəti 1 milyard manatı ötüb
25 Dekabr 2025 10:50
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
24 Dekabr 2025 11:36
ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək?
24 Dekabr 2025 11:05
"İlham Əliyevin 22 illik prezidentlik dövründə iqtisadiyyatımız 4 dəfə böyüyüb"
23 Dekabr 2025 17:55
Bu obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
23 Dekabr 2025 10:39
200 manatlıq sosial yardım kimlərə və necə ödəniləcək?
22 Dekabr 2025 17:46


Bakı -°C

