Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər
Hazırda Azərbaycanda müşahidə olunan qar sürüşmə risklərini müvəqqəti olaraq azaldıb. Qar yağışı zamanı süxurlara su sızması zəif olduğu üçün qış aylarında sürüşmə zonalarında nisbi sakitlik müşahidə edilir.
Adalet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib.
Onun sözlərinə görə, qar əridikdən sonra və ya intensiv yağışlar yağarsa, vəziyyət dəyişə bilər:
"Atmosfer çöküntülərinin artması süxurların su ilə doymasına səbəb olur ki, bu da laylar arasında əlaqələrin zəifləməsinə və torpaq sürüşmələrinin fəallaşmasına gətirib çıxara bilər. Belə hallarda yol çökmələri və ətraf ərazilər üçün təhlükəli vəziyyətlər yarana bilər.
Xüsusilə Böyük Qafqazın Şimal-Şərq yamacları, eləcə də Quba, Qusar, Siyəzən, Qobustan, Şamaxı və İsmayıllı rayonları sürüşmə baxımından ən riskli ərazilər hesab olunur. Qarın tədricən əriməsi ilə bu zonalarda sürüşmə ehtimalı arta bilər".
Mirnuh İsmayılov qeyd edib ki, hazırda ölkənin alçaq dağlıq ərazilərindən yüksək dağlıq zonalara qədər geniş ərazilərin qarla örtülməsi səbəbindən ciddi sürüşmə təhlükəsi qeydə alınmır.
Digər Xəbərlər
03 Mart 2026 17:04
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
03 Mart 2026 14:10
Sabah yağış yağacaq - PROQNOZ
03 Mart 2026 13:10
Xırdalandan Bakı-Şamaxı avtomobil yoluna 3 fərqli yerdən tunellər inşa ediləcək
03 Mart 2026 12:22
Uşaq hüquqlarını bu orqanlar müdafiə edəcək
03 Mart 2026 12:10
Prezidentin qızı və gəlini "Nine Senses"də uşaqlarla bir arada - VİDEO
03 Mart 2026 12:06
Çıxışı qadağan olunmuş 554 nəfərin ölkəni tərk etmək cəhdinin qarşısı alındı
03 Mart 2026 11:50
BDYPİ velosipedçilərə çağırış etdi
03 Mart 2026 11:31


Bakı -°C

