Azərbaycanda vərəmə yoluxma sayı azalmaqdadır

Azərbaycanda vərəmə yoluxma sayı azalmaqdadır.
Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
Onun sözlərinə görə, hazırda vərəmə həm yoluxma, həm də ölüm hallarında azalma müşahidə edilir:
"Lakin təəssüf ki, vərəm hələ də cəmiyyətdə qorxu və yanlış inanclar doğuran xəstəliklərdəndir. Xəstə olduğu otaq gündə bir neçə dəfə açıq havaya verilməlidir. Xəstə öskürərkən, maskadan istifadə etməli, ünsiyyət zamanı 1–2 metr məsafə saxlaması tövsiyə olunur. Qeyd edim ki, günəş şüaları vərəm mikrobunu öldürür. Ona görə də, otağın işıqlı və təmiz olması çox vacibdir".
Digər Xəbərlər

Dabaq xəstəliyi alıcıları qorxuya saldı - bazarda vəziyyət ürəkaçan deyil - VİDEO

Ətin bişirilmə temperaturu virusların məhv olmasını təmin edir

Bu COVID peyvəndi xərçəngə təsir göstərir
