Nobel olmasın, Nikson olsun -Tramp Sülh Mükafatını aldı

Ağ Evdə ABŞ lideri Donald Trampa Nikson Fondunun Sülh Memarı Mükafatı təqdim edilib.
Adalet.az xəbər verir ki, bu barədə Riçard Nikson Fondunun saytı məlumat yayıb.
1995-ci ildə təsis edilən mükafat “Niksonun ömür boyu daha dinc dünya yaratmaq məqsədini” təcəssüm etdirən şəxslərə verilir. Tramp bu mükafatı HƏMAS və İsrail arasında atəşkəs razılaşması üzrə danışıqlarda mərkəzi roluna görə alıb.
Məlumata görə, Ağ Evdə keçirilən mükafatlandırma mərasimində Riçard Niksonun qızı Trişa Nikson Koks, keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brayen və ABŞ Arxivinin müvəqqəti əməkdaşı Cim Bayron iştirak edib.
Qeyd edək ki, Tramp bu il Nobel Sülh Mükafatına namizəd idi. Lakin o, bu mükafata layiq görülmədi.
Digər Xəbərlər

Suriya təhlükəsizlik qüvvələri fransız silahlıların düşərgəsini mühasirəyə alıb

Türkiyə hərbçilərinin Qəzzada yerləşdirilməsi ehtimalından danışıb

Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirdi
