“Bu, Paşinyanın mövqeyini gücləndirəcək...” - Politoloq
“Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması və ilk belə tranzit yükü olan Qazaxıstan taxılının Ermənistana daşınmasına başlanılması baş nazir Nikol Paşinyanın ölkəsi daxilində mövqelərini gücləndirəcək. Bu Azərbaycanın da maraqlarına uyğundur”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Nikol Paşinyan gələn ilin iyun ayında keçiriləcək, çünki parlament seçkilərinə hazırlaşır:
“O erməni cəmiyyətinə Azərbaycanla sülhün vacibliyini təlqin etdiyi halda, radikallar, o cümlədən kilsə bunun əleyhinə çıxırlar. Yüklərin Azərbaycan üzərindən daşınmağa başlanılması Paşinyanın tərəfdarlarının sayını artırmalıdır. Təsadüfi deyil ki, erməni rəsmilər bir ağızdan Azərbaycan Prezidenti İlham Əliyevin qərarını alqışlayıblar. Paşinyana qarşı radikal mövqedə olanların arqumenti zəiflədi. Onlar deyə bilməzlər ki, Azərbaycan üzərindən tranzit yükləri qəbul etməyin”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Oktyabr 2026 20:17
Pezeşkian: Tramp İranın neft-qazını istəyir
21 Oktyabr 2026 20:10
Üçtərəfli görüşə hazırlıq başlayıb
21 Oktyabr 2026 19:27
“Müctəba Xamenei atasının izi ilə getməyə qərar verib” - Netanyahu
21 Oktyabr 2026 18:56
Ermənistan KTMT-yə qayıtmayacaq
21 Oktyabr 2026 17:35
Mirzoyan azərbaycanlı çobanın Ermənistana keçməsinə münasibət bildirdi - YENİLƏNİB
21 Oktyabr 2026 13:51
Alanya dünya çimərlik futbolunun mərkəzinə çevrilir: 44 klubun mübarizəsi başlayır
21 Oktyabr 2026 13:37
Putin və Uitkoff görüşdü - YENİLƏNİB
21 Oktyabr 2026 13:26


Bakı -°C

