Mirzoyan azərbaycanlı çobanın Ermənistana keçməsinə münasibət bildirdi - YENİLƏNİB
"Azərbaycanlı çobanın Ermənistana keçməsi barədə məlumatım yoxdur".
Adalet.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan deyib.
"Bəzən belə hallar baş verir. Azərbaycanlı çoban asanlıqla yolu aza bilər. Eyni vəziyyət bizim tərəfimizdən də yaşana bilər. Hər iki tərəf bu cür hadisələrə konstruktiv şəkildə yanaşır",- deyə nazir jurnalistlərə bildirib.
***15:55
Azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olmasının təfərrüatı məlum olub.
Adalet.az Oxu.Az-a istinadən xəbər verir ki, həmin şəxs Tovuz rayonunun Ağdam kənd sakini imiş və özünə məxsus heyvanları otarırmış.
O, mütəmadi spirtli içki qəbul edirmiş. Çoban hadisə günü də heyvanları otarmaq üçün sərhədyanı əraziyə gedib və orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan həmin şəxs sərhədi Ermənistan tərəfə keçib və Çinari kəndi ilə sərhəddə saxlanılıb.
Məlumata görə, sərhədi keçən şəxsin psixoloji problemləri olub və bir neçə dəfə də bu xəstəlikdən müalicə alıbmış.
***
Azərbaycanlı çoban Ermənistanla sərhədi keçib.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın "NewsTV5" saytı məlumat yayıb.
Qeyd olunur ki, sözügedən şəxs Berd şəhərində hərbi polis tərəfindən saxlanılıb.
Ermənistan Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.
Digər Xəbərlər
21 Oktyabr 2026 18:56
Ermənistan KTMT-yə qayıtmayacaq
21 Oktyabr 2026 13:51
Alanya dünya çimərlik futbolunun mərkəzinə çevrilir: 44 klubun mübarizəsi başlayır
21 Oktyabr 2026 13:37
Putin və Uitkoff görüşdü - YENİLƏNİB
21 Oktyabr 2026 13:26
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
21 Oktyabr 2026 13:12
İsrail oktyabrın əvvəli İrana zərbə vuracaqmış - KİV
21 Oktyabr 2026 12:33
Fransa etirazların qarşısını ala bilmir
21 Oktyabr 2026 11:48
Fransa fövqəladə təhlükəsizlik tədbirləri görür: Ordu hərəkətə keçəcək
21 Oktyabr 2026 10:59


Bakı -°C

