Azərbaycandan sonra Türkiyəyə "hücum edən" Aİ-nin kiprli deputatı:" Cinayətkardır"
jpg-1745478804.jpg)
Avropa İttifaqın Kipri təmsil edən Avropa Parlamentinin deputatı Kostas Mavrides xislətinə uyğun şəkildə növbəti dəfə Türkiyəyə qarşı qərəzli fikirlər deyib
Adalet.az xəbər verir ki, Mavrides Brüsseldə Armenpress-ə müsahibəsində saxta erməni soyqırımının inkarı məsələsinə toxunub. O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətinin yürütdüyü inkar siyasətinə təkcə tarixi həqiqətlərin inkarı kimi deyil, həm də soyqırımın davamı kimi baxmaq lazımdır. Türkiyənin inkarı konkret cinayətdir"
Qeyd edək ki, Avropa Parlamentinin üzvü Kostas Mavrides mütəmadi olaraq, hər zaman qamarladığı yüksək kürsüdən Azərbaycan və Türkiyəyə əleyhinə danışıb . 2021-ci ildə Kipr, Sosialist-Demokratları təmsil edən bu deputatın təşəbbüsü ilə bütün böyük fraksiyalardan olan 30 millət vəkili AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrellə məktub ünvanlayaraq Azərbaycan tərəfindən mülki və qadınlar da daxil olmaqla əsir götürülmüş ermənilərin qaytarılması üçün konkret addımlar atmalı olduğunu tələb kimi irəli sürmüşdü:" Bütün hərbi əsirlərin və məhbusların geri qayıtmasını şərtləndirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs razılaşmasına baxmayaraq, Azərbaycan bir çox erməni əsirini həbsdə saxlamaqda davam edir”.
Xatırladaq ki, bu gün ermənilərin növbəti xəyal ürünü olan qondarma erməni soyqırımının 110 illiyidir.
Əntiqə Rəşid
Digər Xəbərlər

"Gənc qızlar, görünür ki, buranı heç vaxt görməyiblər, yenə də qayıdıblar" - Prezident

"Torpaqlardan öz xoşu ilə çıxsaydı, 3 mindən çox şəhidimiz olmazdı" - İlham Əliyev

İlham Əliyev Xankəndidə açılışda iştirak etdi - FOTOLAR

Prezident Sos sakininin evində oldu - FOTOLAR

Türk dövlətlərinin sığortaçıları Şuşada birgə sənəd imzaladı

"Gənc əsgərlərlə görüşə gəlməyin" - Müdafiə Nazirliyi xəbərdarlıq etdi

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salındı
