Azərbaycandan Yunanıstana pul köçürmələri iki dəfə artıb
Ötən il Azərbaycandan Yunanıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,558 milyon ABŞ dolları təşkil edib.
Adalet.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,01 dəfə və ya 1,288 milyon ABŞ dolları artıb.
Ölkənin ümumi köçürmələrində Yunanıstanın payı 0,5 % təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları (-4,25 %) təşkil edib.
2023-cü ildə fiziki şəxslərin Azərbaycandan Yunanıstana pul köçürmələrinin həcmi 1,27 milyon ABŞ dolları təşkil edib, ümumilikdə isə xarici ölkələrə 550,126 milyon ABŞ dolları məbləğində köçürmələr həyata keçirilib.
Digər Xəbərlər
01 Yanvar 2026 14:11
“Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə...”
01 Yanvar 2026 13:43
“Azərbaycan dünyada ilk 94, iqtisadi gücünə görə isə ilk 85 ölkə arasında təmsil olunur”
01 Yanvar 2026 13:38
Dövlət orqanlarında çalışanlar və könüllülər yeni qaydada sığortalanacaq
01 Yanvar 2026 12:54


Bakı -°C

