“Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi” - BTİ-nin Baş katibi
“COP29 Sədrliyi və ev sahibi ölkəsi Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi”.
Adalet.az xəbər verir ki, bu sözləri Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Doreen Bogdan-Martin COP29 çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilmiş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada deyib.
O həmçinin əlavə edib: “Yaşıl Rəqəmsal Fəaliyyət üçün bu önəmli məqam bizi rəqəmsal texnologiyaların ətraf mühitə təsirini azalda biləcəyimizə və azaltmalı olduğumuza, iqlim böhranı ilə mübarizədə onların danılmaz potensialından istifadə edəcəyimizə dair ümumi inancla irəli aparmalıdır. Gəlin COP30-a qədər olan yaşıl rəqəmsal gücümüzü və onunla birlikdə gələcək nəsillər üçün daha davamlı rəqəmsal gələcəyimizi qurmağa davam edək”.
Qeyd edək ki, Rəqəmsallaşma Günü COP çərçivəsində tarixdə ilk dəfə olaraq 16 noyabrda keçirilib. Rəqəmsallaşma Günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa təşkil olunub.
Digər Xəbərlər
18 Noyabr 2026 16:55
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
18 Noyabr 2026 16:32
Bu qurumun işçilərinin sayı və maaşları müəyyənləşdi
18 Noyabr 2026 16:23
“AzerGold” rəsmiləri Filizçay layihəsi ilə bağlı Balakəndə yerli icma nümayəndələri ilə görüşüblər
18 Noyabr 2026 12:04


Bakı -°C

