"Azərbaycanın bu səylərini tam dəstəkləyirik" - Şavkat Mirziyoyev
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Dünya Liderlərinin Zirvə görüşündə çıxış edib.
Adalet.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı yazıb.
O, qlobal iqlim dəyişikliyi ilə mübarizəyə və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra mühüm təşəbbüslər təqdim edib.
Mirziyoyev çıxışı zamanı vurğulayıb ki, iqlim dəyişikliyi ciddi qlobal təhlükəyə çevrilir: "İlk növbədə, gözəl Bakıda bugünkü tarixi yüksək səviyyəli konfransın təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycanın müasir iqlim təhdidlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal səylərini tam dəstəkləyirik.
İqlim dəyişikliyi bu gün geosiyasi münaqişələrin artmasına birbaşa təsir edən ciddi qlobal təhlükəyə çevrilir. Xüsusilə yoxsulluq, ərzaq və enerji təhlükəsizliyi, su və resurslardan istifadə problemləri ilə mübarizə intensivləşir. Biz Mərkəzi Asiyada bu hadisələrin nəticələrini çox hiss edirik. İqlim problemləri əhalimizin həyat keyfiyyətinin yaxşılaşdırılması və milli inkişaf strategiyalarının həyata keçirilməsi yolunda yeni maneəyə çevrilir.
Paris sazişi çərçivəsində əsas məqsədimiz regionda havanın temperaturunun kəskin artmasının qarşısını almaq və cari əsrdə onu 1,5-2 dərəcə saxlamaqdır".
Şavkat Mirziyoyev Özbəkistanın iqlim dəyişikliyi ilə mübarizə təşəbbüsləri sahəsində bir sıra təşəbbüslər də irəli sürüb: Özbəkistan İqlim İtkilərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Mərkəz, Transsərhəd su ehtiyatlarının mühafizəsi, Regional genetik ehtiyatlar bankı, BMT-nin innovativ aqro-sənaye mərkəzi, Dünya İqlim Paytaxtlarının Alyansı, Qlobal gənclərin yaşıl təşəbbüslər festivalı.
Digər Xəbərlər
30 Yanvar 2026 19:16
Rəşad Nəbiyev BP rəhbərliyi ilə strateji əməkdaşlıq məsələlərini müzakirə etdi - FOTO
30 Yanvar 2026 18:50
Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi
30 Yanvar 2026 18:43
Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi
30 Yanvar 2026 18:34
"Rusiya -Ukrayna enerji obyektləri ilə bağlı razılaşma əldə etdi"
30 Yanvar 2026 18:13
Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi
30 Yanvar 2026 18:08
“Buna görə Köçəryanı cinayət məsuliyyətinə cəlb etmək lazımdır...”
30 Yanvar 2026 17:00
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşdü
29 Yanvar 2026 18:00


Bakı -°C

