Azərbaycanın humanitar yardımı Ukrayna üçün çox vacibdir - Səfir
"Azərbaycanın humanitar yardımı Ukrayna üçün böyük əhəmiyyət daşıyır".
Adalet.az report-a istinadən xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərə açıqlamasında deyib.
"Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına minnətdarlığımızı bildirmək istəyirəm, dəstəyinizi yüksək qiymətləndiririk. Humanitar yardım paketi xüsusən də qış mövsümündə Rusiyanın elektrik enerjisi infrastrukturuna hücumlarından sonra bizim üçün çox vacibdir" - deyə, səfir bildirib.
O, 20 Yanvar hadisələri ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib:
"Biz həmişə Azərbaycan xalqı ilə həmrəyik, onun ərazi bütövlüyünü, suverenliyini və azadlığını hər zaman dəstəkləyirik".
Qeyd edək ki, Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Digər Xəbərlər
04 Aprel 2026 17:53
Pentaqonda generallar niyə qovulur? - Səxavət Məmməd yazır
04 Aprel 2026 15:11
Əli Əsədov məmurları toplayıb, müşavirə keçirdi
04 Aprel 2026 12:00
Prezident həmkarını təbrik etdi
04 Aprel 2026 11:35
“Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır”
04 Aprel 2026 11:15
“Düşmənə vurulan zərbə yalnız hərbi deyil, həm də psixoloji sarsıntı idi...”
04 Aprel 2026 10:59
“Məsud Pezeşkianın prezident İlham Əliyevə vasitəçilik təklifi mümkündür”
04 Aprel 2026 10:41
"Bir-birimizin yanında olmağa davam edəcəyik" - İlham Əliyev
03 Aprel 2026 17:19


Bakı -°C

