Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlanıb

Azərbaycanın Tehrandakı Səfirliyinə hücum törədən şəxsin edamı barədə hökmün icrası üçün məhkəmə sistemində bütün hazırlıq işləri aparılıb.
Bu barədə Adalet.az İRNA-ya istinadən xəbər verir.
İranın məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədənin hökmünün taleyi ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, məhkəmə prosesinin aparılması, ilkin hökmün verilməsi və hücumun təkrarı üzrə hökmün təsdiqlənməsi üzrə yekun hökm var.
“Hökmlərin icrası qaydasında adıçəkilən şəxsə qarşı qisas qərarının icrası üçün bütün hazırlıqlar və proses hazırlanıb və məhkəmə sistemi bu hökmü icra etməyə hazırdır”, - o bildirib.