Azərbaycanın ixrac etdiyi neftin 56 %-ini İtaliya alıb
Ötən il Azərbaycan İtaliyaya 13 milyon 111 min 475,61 ton xam neft ixrac edib.
Adalet.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 6 milyard 727 milyon 698,25 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü illə müqayisədə 19,7 % çox, dəyəri isə 0,4 % azdır.
İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 56,08 % olub.
Qeyd edək ki, 2025-ci ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 12 milyard 091 milyon 147,47 min ABŞ dolları olan 23 milyon 381 min 284,82 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Digər Xəbərlər
14 Fevral 2026 17:44
Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA
14 Fevral 2026 12:34
Marketlərin qiymət "oyunu"...
13 Fevral 2026 22:19
Beş min manatdan çox pensiya alanların...
13 Fevral 2026 12:44
Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək
13 Fevral 2026 12:30
Azərbaycanda elektron ticarətlə bağlı yeni qayda
13 Fevral 2026 12:21
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
13 Fevral 2026 10:17
“Rusiya neftinin Hindistana idxalı daha sərfəli olaraq dəyərləndirilir”
12 Fevral 2026 15:05


Bakı -°C

