Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq ediləcək
Özbəkistanda qida təhlükəsizliyi sahəsində yaradılacaq yeni dövlət qurumunda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təcrübəsi geniş istifadə olunacaq.
Adalet.az xəbər verir ki, bu məqsədlə fevralın 9-da AQTA nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri başlayıb.
Səfərin ilk günü görüşdə ölkəmizdə qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sistemi, qida təhlükəsizliyinə risk əsaslı yanaşma metodları, hüquqi bazasının yaradılması, böhran vəziyyətlərində idarəetmə mexanizmlərinin formalaşdırılması və sürətli xəbərdarlıq sistemlərinin əhəmiyyəti, yoxlama-nəzarət tədbirləri, idxal-ixrac prosedurları və digər məsələlər müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycanda tətbiq olunan dövlət idarəetmə modelləri yüksək qiymətləndirilir. O cümlədən qida təhlükəsizliyi sahəsində Azərbaycanın əldə etdiyi təcrübəyə böyük maraq göstərilir.
Azərbaycan nümayəndə heyətinin Özbəkistanda digər görüşlərinin və təqdimatlarının keçirilməsi planlaşdırılır.
Digər Xəbərlər
09 Fevral 2026 18:13
Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə müraciət olundu
09 Fevral 2026 16:58
Tahir Budaqov Nəsimi rayonunun icra başçısı təyin olundu
09 Fevral 2026 16:55
Əmək pensiyaları artırılacaq - Prezidentdən SƏRƏNCAM
09 Fevral 2026 16:52
Tahir Budaqov vəzifəsindən azad edildi
09 Fevral 2026 16:06
Prezidentin nümayəndəsi Naxçıvanın yeni Baş nazirini kollektivə təqdim etdi - FOTOLAR
09 Fevral 2026 16:00
Kamran Əliyev Türkiyəyə getdi
09 Fevral 2026 15:38
"Qarşıda duran vəzifələrin uğurla icra edilməsi üçün səylə çalışacağam" - Cabbar Musayev
09 Fevral 2026 15:29


Bakı -°C

