Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum: Ölən və yaralanan var - YENİLƏNİB + VİDEO
Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.
Adalet.az xəbər verir ki, hücum edən şəxs saxlanılıb.
İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.
Qeyd edək ki, basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçi Orxan Əsgərov həlak olub.
***10:25
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Adalet.az xəbər verir ki, silahlı hücum zamanı Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı həlak olub.
Digər Xəbərlər
11 Sentyabr 2026 18:37
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
11 Sentyabr 2026 11:23
Bakıda 18 yaşlı qızın meyiti tapıldı
11 Sentyabr 2026 10:56
Ağdərədə mina partladı - 21 yaşlı gənc xəsarət aldı
11 Sentyabr 2026 10:15


Bakı -°C

