adalet.az header logo
  • Bakı -°C
17 Iyul 2026 11:48
71
İDMAN
A- A+

Azərbaycanın UEFA reytinqində irəlilədi

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da yüksəlib.

Adalet.az xəbər verir ki, buna "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarında qazandıqları qələbələr səbəb olub.

Ağdam təmsilçisi UEFA Avropa Liqasında səfərdə İslandiyanın "Vestri" komandasını, "qartallar" isə UEFA Konfrans Liqasında Gürcüstanın "Torpedo" klubunu 3:0 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra Azərbaycanın cari mövsüm üzrə UEFA reytinqinə topladığı əmsal 1,500-ə yüksəlib. Ölkəmizin ümumi əmsalı isə 20,062-yə çatıb və Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, UEFA ölkə reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.