"Azərbaycanın verdiyi siyahıda mən də ola bilərəm" - Seyran Ohanyan

"Hesab edirəm ki, hazır sənəd var və o sənəddə artıq hər şey deyilir. Yevlax danışıqları da həmin sənəd ətrafında aparılacaq və Qarabağın erməni əhalisinin taleyi həll olunacaq".
Adalet.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin partiya rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
"Bu gün bir çoxları həmin sənədin imzalanması ilə bağlı hakimiyyəti tənqid edir, lakin bu gün heç kimin tənqid etməyə haqqı yoxdur, çünki Ermənistan hakimiyyəti Azərbaycan hakimiyyəti ilə üz-üzə dayanaraq "Artsax"ı tək qoyub. Ola bilər ki, xalqın bir hissəsi Ermənistana gəlsin, amma bir hissəsi orada qalacaq".
O, Qarabağda qətliam törədən erməni cəlladlarının Azərbaycana təhvil verilməsi məsələsinə də toxunub: "Siyahıda kimin olduğunu bilmirəm, mən də o siyahıda ola bilərəm".
Digər Xəbərlər

Taliban qadınların yazdığı kitabları universitetlərin tədris sistemindən çıxarıb

“Müharibənin Qərbin leyhinə dəyişməsi üçün fundamental qərarlar qəbul ediləcək”

"Bölgədə ev sahibiyik" - Ərdoğandan Netanyahuya

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini rədd etdi

Kamçatkada güclü zəlzələ: Fövqəladə vəziyyət elan edildi - VİDEO

Fransada etiraz aksiyaları: 300-dən çox insan saxlanıldı – YENİLƏNİB

Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!
