Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
Beynəlxalq müdafiə bazarlarındakı balansı ortaya qoyan Dünya Silah Ticarəti Təhlil Mərkəzi (CAAM) 2025-ci ilin sonunun göstəricilərinə əsaslanaraq hazırladığı qlobal hərbi ixracat hesabatını yayımlayıb. Hesabatda ABŞ 44,6 milyard dollarlıq nəhəng həcmdə zirvədəki yerini qoruyub saxlayıb.
Adalet.az xəbər verir ki, Türkiyə 2025-ci ilin sonuna əsasən 4 milyard 230 milyon dollarlıq ixracat rəqəminə çatmaqla dünyada 8-ci yerə yüksəlib. Hesabatdakı təhlillərdə Almaniya, Cənubi Koreya və Türkiyənin ixracat qrafiklərindəki sabit artım xüsusilə vurğulanıb. Türkiyənin xüsusilə pilotsuz uçuş aparatları (PUA/SİHA), quru texnikaları, sursat texnologiyaları və dəniz platformaları sahəsindəki bazar payını hər keçən gün artırdığı ifadə edildi.
Qlobal hərbi ixracat siyahısının ilk üç pilləsini ABŞ, Rusiya və Almaniya bölüşdürərkən, son illərdə inkişaf etdirdiyi yerli texnologiyalarla yüksəlişini davam etdirən Türkiyə ilk 10-luqdakı yerini möhkəmləndirərək qlobal bazardakı çəkisini bir daha sübut etdi.
Qlobal miqyasda ən çox müdafiə sənayesi ixracatı edən 10 ölkə:
ABŞ - 44,603 milyard dollar
Rusiya - 15 milyard dollar
Almaniya - 8,903 milyard dollar
Cənubi Koreya - 8,779 milyard dollar
Fransa - 8,630 milyard dollar
İsrail - 5,995 milyard dollar
İtaliya - 5,225 milyard dollar
Türkiyə - 4,230 milyard dollar
İspaniya - 3,476 milyard dollar
Çin - 2,970 milyard dollar
Digər Xəbərlər
28 Sentyabr 2026 09:58
Almatıda zəlzələ oldu
28 Sentyabr 2026 09:27
Tramp Si Cinpinlə görüşdən sonra böyük irəliləyişlərin olduğunu bildirib
28 Sentyabr 2026 09:15
Serbiya Prezidenti istefa verdi
28 Sentyabr 2026 09:03
Tramp süni intellektlə bağlı açıqlama verəcək
27 Sentyabr 2026 19:34
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
27 Sentyabr 2026 17:50
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
27 Sentyabr 2026 17:42
Afrika parçalanır, yeni okean yaranır
27 Sentyabr 2026 17:21


Bakı -°C

