“Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər” - Simonyan
“Ermənistan Konstitusiyasına dəyişiklik ediləcəyi təqdirdə Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər”.
Adalet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi kimi təqdim olunan Alen Simonyan İctimai Televiziyaya müsahibəsində bildirib.
“Mən Azərbaycanla danışıqlarda iştirak edirəm və düşünürəm ki, Konstitusiyaya dəyişiklik ediləcəyi təqdirdə müqavilənin imzalanması bir neçə günün məsələsidir”, – deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməsini şərt kimi irəli sürür. Ermənistanda isə konstitusiya dəyişikliklərinin və ya referendumun təşəbbüsünün irəli sürülməsi üçün parlamentdə səslərin 2/3-nin dəstəyi tələb olunur. İyunun 7-də keçirilən parlament seçkilərində 49,81 faiz səs toplayan hakim “Vətəndaş Müqaviləsi” Partiyası isə bunun üçün zəruri olan konstitusiya çoxluğunu əldə edə bilməyib.
Digər Xəbərlər
20 Noyabr 2026 11:41
Hakan Fidan bu məsələdə NATO-nu günahlandırdı
20 Noyabr 2026 00:11
“İranla bağlı qərar qəbul etməyə tələsmirəm” - Tramp
19 Noyabr 2026 23:44
"Mənimlə danışmaq istəmirsən?" - Zelenski Putinə təklif irəli sürdü
19 Noyabr 2026 23:39
Növbəti danışıqlar bu ölkədə keçirilə bilər
19 Noyabr 2026 22:37
"Türkiyə dünya aviasiya tarixində pilotsuz döyüş təyyarəsi əldə edən ilk ölkə olub"
19 Noyabr 2026 22:00
Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı
19 Noyabr 2026 19:15
Rusiya müdafiə nazirinin keçmiş müavini həbs olundu
19 Noyabr 2026 19:09


Bakı -°C

