Azərbaycanlı futbolçu dopinqə görə cəzalandırıldı
I Divizionda çıxış edən “Zaqatala” klubunun futbolçusu Mahmud Məmmədov cəzalandırılıb.
Adalet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, antidopinq qaydalarını pozan oyunçu Azərbaycan Milli Antidopinq İntizam Komitəsinin (AMAİK) qərarı ilə 2 illik diskvalifikasiya olunub.
“Neftçi- 2” ilə oyun zamanı M. Məmmədovdan götürülmüş nümunələr Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən laboratoriyaya göndərilmiş və müvafiq hesabata əsasən, futbolçunun qanında qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.
FIFA 9 fevral 2023-cü il tarixində qəbul edilmiş qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.
Məcburi şərti kənarlaşdırma cəzası 28 iyun 2022-ci il tarixindən hesablanacaq.
Digər Xəbərlər
04 Oktyabr 2026 19:21
Əhməd Yusifov Bakıda dünya çempionu olub - YENİLƏNİB
04 Oktyabr 2026 19:05
Azərbaycan millisi ilk qələbəsini qazanıb - YENİLƏNİB
04 Oktyabr 2026 16:16
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
04 Oktyabr 2026 15:15
“Kriştianonun qarşısında baş əyirəm!”
04 Oktyabr 2026 11:55
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
04 Oktyabr 2026 10:55
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
04 Oktyabr 2026 10:46
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
03 Oktyabr 2026 22:15


Bakı -°C

