“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
Azərbaycanın “Neftçi” və Litvanın “Spartak” (Vilnüs) futbol komandalarının veteranları bu gün qarşılaşacaq.
Adalet.az xəbər verir ki, yubiley matçı saat 12:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Qarşılaşmanı tarixi edən əsas məqam komandaların 75 ildən sonra eyni arenada yenidən üz-üzə gəlməsidir. Belə ki, 1951-ci ildə stadionun açılışı zamanı da “Neftçi” və “Spartak” (Vilnüs) qarşılaşıb. O vaxt “Neftçi” “Neftyanik” adı ilə çıxış edib. Bakı təmsilçisi Vilnüs “Spartak”ından üstün olub - 4:0.
Həmin tarixi oyunun ilk qolunu sonradan Azərbaycan futbolunun ən tanınmış hücumçularından birinə çevrilən Ələkbər Məmmədov vurub. O, görüşdə ümumilikdə iki dəfə fərqlənərək qələbədə əsas rol oynayıb.
Digər Xəbərlər
05 Oktyabr 2026 22:18
Prezidentdən cüdo üzrə dünya çempionatının açılışı ilə bağlı paylaşım
05 Oktyabr 2026 20:00
Balde "Arsenal"ı seçdi
05 Oktyabr 2026 19:38
Prezident Əhmədə nə dedi? - FOTOLAR
05 Oktyabr 2026 19:11
"Real Madrid" Arda Gülerlə yeni müqavilə imzalayır
05 Oktyabr 2026 16:42
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” aldı
05 Oktyabr 2026 10:22
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
05 Oktyabr 2026 10:14
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
05 Oktyabr 2026 09:33


Bakı -°C

