Ronaldo iki milyard dollar qazanan ilk idmançı oldu
Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştiano Ronaldo ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub.
Adalet.az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.
Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-ci illər mövsümündə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxışına görə 250 milyon dollar, reklam müqavilələri və digər biznes layihələrindən isə 50 milyon dollar qazanacaq.
Mənbənin məlumatına görə, gələn il ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən argentinalı hücumçu Lionel Messinin də ümumi qazancı 2 milyard dolları keçəcək.
41 yaşlı Ronaldo UEFA Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən çox qol vuran futbolçular sırasındadır.
Ronaldo 2022-ci ilin dekabrından "Əl-Nəsr" klubunda çıxış edir. Karyerası ərzində o, Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" klublarında da oynayıb.
Digər Xəbərlər
23 Oktyabr 2026 20:32
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
23 Oktyabr 2026 19:17
“Heç vaxt cəhd etməkdən vaz keçmədim” - Messidən səmimi etiraf
23 Oktyabr 2026 18:55
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
23 Oktyabr 2026 17:12


Bakı -°C

