Tramp "Starlink"lə bağlı Ukraynaya söz verdi
Əgər Ukraynanın “Starlink” sisteminə çıxışında problem varsa, onun həllini təmin edəcəyəm.
Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.
ABŞ Prezidenti məsələ ilə əlaqədar “SpaceX” şirkətinin rəhbəri İlon Maskla hələ danışmadığını qeyd edib.
“İlon Maskla danışmamışam. Ola bilsin, onunla danışmalı olum. Problem həll edilməyibsə, onunla danışacağam. Eşitdiyimə görə, məsələ artıq həll olunub”, – deyə Tramp bildirib.
Jurnalistin Ukrayna Prezidenti Volodimir Zelenskinin “Starlink” sisteminin ölkədə hələ də işləmədiyini bildirdiyini xatırlatmasına cavab olaraq Tramp deyib: “Bu barədə eşitməmişəm, amma məsələni araşdıracağam”.
Digər Xəbərlər
16 Noyabr 2026 12:46
Gürcüstan-Rusiya danışıqları bərpa olunur
16 Noyabr 2026 12:46
Ukrayna Krım körpüsünə zərbə endirdi
16 Noyabr 2026 11:30
Tramp nə vaxt Nobel Sülh Mükafatına layiq görüləcək?
16 Noyabr 2026 10:55
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
16 Noyabr 2026 00:00
ABŞ qırıcılarını Yaponiyaya yerləşdirdi
15 Noyabr 2026 18:00
Fələstinlilərin ölümünə görə Netanyahunu tənqid etdi
15 Noyabr 2026 17:46
Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq - Nazir
15 Noyabr 2026 17:37


Bakı -°C

