adalet.az header logo
  • Bakı -°C
16 Noyabr 2026 12:46
46
DÜNYA
A- A+

Ukrayna Krım körpüsünə zərbə endirdi

Ukrayna silahlı qüvvələri dronlarla Krım körpüsünə zərbələr endirib.

 Rusiyanın Nəqliyyat nazirliyinin məlumatına görə, pilotsuz uçuş apparatlarının zərbələri nəticəsində xəsarət alanlar olmayıb. Hazırda körpüdə hərəkət dayandırılıb və bərpa işləri aparılır.

Krım respublikasının tanınmayan rəhbəri Sergey Aksyonov bildirib ki, dron zərbələrindən sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb, təxirə salınan dəmir yolu ilə hərəkət etmək istəyən sərnişinlərin rahatlığı üçün lazımi tədbirlər görülür.

 Rüstəm Hacıyev