Bu obyektlərin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək
"İxracın və istehsalın daha da genişləndirilməsi məqsədilə cari ildə İqtisadi Şurada razılaşdırılmış yeni dəstək tədbirləri paketi qəbul edilib və onun tətbiqinə başlanılıb. Bu paket çərçivəsində Bakı və Abşerondan kənarda sahibkarlıq kreditləri üzrə faizin yarısı dövlət tərəfindən subsidiyalaşdırılır, kredit zəmanətinin limiti 20 faizdən 50 faizə qaldırılıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Qeyri-neft-qaz özəl sektorunun subyektlərinə sosial sığorta haqlarını ƏDV depozit hesabındakı vəsait hesabına ödəmək imkanı verilir. 2027-2030-cu illərdə isə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək. İxracatçıların nəqliyyat xərclərinin 70 faizədək hissəsi, mikro, kiçik və orta ixracatçıların isə gömrük rəsmiləşdirilməsi üzrə xərclərin bir hissəsi dövlət tərəfindən kompensasiya olunur. Gələn ildən Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsulların azı 50 faizinin ixrac edilməsi şərtilə, həmin məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılması nəzərdə tutulub. 2026-cı ildə zonanın infrastrukturuna 150 milyon manatadək vəsait ayrılıb", - deyə nazir bildirib.
Digər Xəbərlər
16 Noyabr 2026 12:38
130 nəfər Azərbaycandan deportasiya edildi
16 Noyabr 2026 12:22
"Mühüm struktur dəyişikliklərindən biri iqtisadiyyatın şəffaflaşmasıdır" - Nazir
16 Noyabr 2026 11:39
Azad edilmiş ərazilərdə daha 185 mina aşkarlandı
16 Noyabr 2026 10:26


Bakı -°C

