Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Ucar şəhər 2 saylı tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.
Bu barədə Adalet.az-a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək" mövzusunda təşkil edilən görüşdə rayon ictimaiyyəti, yuxarı sinif şagirdləri, şəhid ailələri, müharibə iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasından, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini çatdırıb. Xaricdə təhsil, təhsilə görə verilən möhlət, həmçinin rəqəmsal sahədə inteqrasiya proseslərinin keçirilməsi, "MyGov" rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara xidmətlərin təqdim olunması barədə də geniş məlumat verib.
Eyni zamanda, tədbir çərçivəsində zərərli vərdişlərə qarşı mübarizəyə toxunularaq gənclərin iştirakı ilə "Narkotiklərə yox deyək!" mövzusunda maarifləndirici çıxışlar edilib.
Tədbirdə iştirak edən şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları da çıxış edərək öz təəssüratları ilə bölüşüblər. Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
16 Noyabr 2026 09:36
AZAL-dan Bakı-İstanbul marşrutu üzrə QƏRAR
16 Noyabr 2026 09:33
16 noyabr – Beynəlxalq Tolerantlıq Günüdür
16 Noyabr 2026 09:10
Bu yollarda TIXAC VAR - SİYAHI
15 Noyabr 2026 22:15
Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar var - RƏSMİ
15 Noyabr 2026 19:40
İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi
15 Noyabr 2026 14:20
Leyla Əliyeva: "Hər bir qadın öz gücünə inansın" - VİDEO
15 Noyabr 2026 10:27
"Daha çox yazın, Leyla xanım" - Fulya Öztürk - VİDEO
14 Noyabr 2026 23:28


Bakı -°C

