Gələn il bələdiyyələrə ayrılacaq dotasiyanın məbləği açıqlandı
"Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 mln. manat məbləğindədir. Muxtar Respublikanın öz gəlirlərinin cari illə müqayisədə 40 mln. manat və ya 15 faiz artması gələn il üçün dövlət büdcəsindən ayrılan dotasiyanın 13,6 mln. manat və ya 6,4 faiz azalmasına imkan yaradıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, 2027-ci il üçün dövlət və icmal büdcələrinin layihələri ölkəmizin qarşısında duran strateji çağırışlar nəzərə alınmaqla tərtib olunub.
"Gələn il üçün dövlət büdcəsinin yerli xərcləri 735,6 mln. manat həcmində proqnozlaşdırılıb. Bununla yanaşı bələdiyyə büdcələri üçün 13,5 mln. manat məbləğində dotasiya, subvensiya və subsidiyanın nəzərdə tutulub".
Eyni zamanda, S.Babayev 2027-ci il üzrə dövlət büdcəsinin kəsirinin 3,1 mlrd manat, yaxud ÜDM-in 2,2%-i səviyyəsində pronozlaşdırıldığını bildirib.
Digər Xəbərlər
16 Noyabr 2026 12:08
Dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir
16 Noyabr 2026 10:47
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
16 Noyabr 2026 10:20
Nəqliyyat dəhlizləri ilə daşınmış yükün həcmi açıqlandı
14 Noyabr 2026 15:19
Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq
13 Noyabr 2026 14:30
Azərbaycan ilə Ermənistan arasında hansı məhsullar üzrə ticarət qurulub? – Millət vəkili açıqladı
13 Noyabr 2026 11:00
“Aqrar sektorun yükü artacaq, xərclər çoxalacaq və ziyanla işləmə başlayacaq”
13 Noyabr 2026 09:23
Azərbaycan yeni qaz yataqları kəşf edib
12 Noyabr 2026 21:57


Bakı -°C

