Maşının nömrəsini saxtalaşdırdı - Narkotik aludəçisi imiş - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
Adalet.az xəbər verir ki, Şirvan şəhər sakini İ.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobil cərimə borcu olduğu üçün Hacıqabul-Horadiz yolu üzərində yerləşən stasionar postda saxlanılıb.
Araşdırma zamanı sürücülük hüququ məhdudlaşdırılan İ.Həsənovun avtomobilin dövlət qeydiyyat nişanlarını saxtalaşdırması aşkarlanıb. Qeyri-adekvat hərəkətləri ilə şübhə doğuran İ.Həsənovun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı İ.Həsənovun narkotik maddə qəbul etməsi müəyyən olunub və o, bu əməlini etiraf edib.
Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və İ.Həsənov inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Digər Xəbərlər
14 Noyabr 2026 00:30
Bakıda kafedə insident - Saxlanılanlar var - YENİLƏNİB
13 Noyabr 2026 19:58
Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı - VİDEO
13 Noyabr 2026 17:45
Tovuzda hamilə qadın bıçaqlandı
13 Noyabr 2026 17:30
Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi
13 Noyabr 2026 09:10
Polis "TikTok"da 300 min manatlıq dələduzluq edən şəxsləri saxladı
12 Noyabr 2026 12:31
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var -VİDEO
12 Noyabr 2026 12:13
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
12 Noyabr 2026 10:13


Bakı -°C

