adalet.az header logo
  • Bakı -°C
23 Oktyabr 2026 18:55
69
İDMAN
A- A+

İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi

Fransa çempionatının 8-ci turunda keçirilməsi planlaşdırılan PSJ – “Lion” qarşılaşması təxirə salınıb.

Adalet.az xəbər verir ki, Fransada baş verən iğtişaşlar səbəbindən bu qərar verilib. Məlumatı Fransa Peşəkar Futbol Liqası yayıb.

Əvvəlcə 25 oktyabr tarixinə planlaşdırılan oyun oktyabrın 26-na keçirilib. 

Qeyd edək ki, 7 turdan sonra hər iki komandanın 14 xalı var. "Lion" lider, PSJ isə 2-cidir.