adalet.az header logo
  • Bakı -°C
23 Oktyabr 2026 11:00
71
İDMAN
A- A+

Barış Alper "Fənərbağça" ilə oyunu buraxa bilər

Türkiyənin "Qalatasaray" klubunun əsas futbolçularından olan Barış Alper Yılmaz Superliqanın IX turunda "Fənərbağça" ilə oyunu buraxa bilər.

Adalet.az xəbər verir ki, bu barədə yerli "Sabah" nəşri məlumat yayıb.

Oyunçu Fransada "Lill"ə qalib gəldikləri matçda (4:2) ayağındakı ağrılara rəğmən, meydana çıxıb. Qarşılaşmadan sonra onun ağrıları artıb.

Futbolçu ilə bağlı yekun qərar əlavə tibbi müayinələrdən sonra veriləcək.

Xatırladaq ki, "Qalatasaray" - "Fənərbağça" oyunu oktyabrın 26-da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.