Milli Məclisin iclası başladı
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Adalet.az xəbər verir ki, parlamentin bugünkü iclasının gündəliyinə ümumilikdə 12 məsələ daxil edilib.
İclasda Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi, “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiqi, eləcə də müxtəlif qanunlara dəyişiklik edilməsi ilə bağlı qanun layihələri müzakirəyə çıxarılacaq.
Gündəliyə, həmçinin “Dövlət satınalmaları haqqında” Qanuna, Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər (üçüncü oxunuş), Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişikliklər (ikinci oxunuş), eləcə də “Texniki tənzimləmə haqqında” Qanuna dəyişikliklər (ikinci oxunuş) daxildir.
Deputatlar “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara, hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericiliyə dəyişiklikləri də müzakirə edəcəklər.
Bundan başqa, iclasın gündəliyində “Aqrar sahə haqqında” qanun layihəsi, Mülki Məcəlləyə və bir sıra qanunlara dəyişikliklər, “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi də yer alıb.
Digər Xəbərlər
23 Oktyabr 2026 11:26
XİN başçısı hindistanlı həmkarı ilə görüşdü - YENİLƏNİB
23 Oktyabr 2026 11:24
Fazil Mustafa Bakı məktəblərindəki sıxılığı TƏNQİD ETDİ
23 Oktyabr 2026 11:23
"Ermənistanın qeyri-sabit siyasəti ciddi suallar yaradır" - Deputat
23 Oktyabr 2026 11:12
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
23 Oktyabr 2026 10:57
“Azərbaycan və bütövlükdə Güney Qafqaz bir neçə güc mərkəzinin eyni vaxtda...”
23 Oktyabr 2026 10:56
“Dünya sadəcə köhnə idarəetmə ilə yeni nəslin arasında qalıb”
23 Oktyabr 2026 09:18
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat
23 Oktyabr 2026 09:15


Bakı -°C

