adalet.az header logo
  • Bakı -°C
28 Sentyabr 2026 11:37
70
GÜNDƏM
A- A+

Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib.

Adalet.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bazar ertəsi Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbirdə deyib.

Baş prokuror həmin cinayət işində dövlət ittihamını müdafiə edən prokurorlara və işə baxan hakimlərə təşəkkürünü bildirib. O, işin istintaqında iştirak etmiş müstəntiqlərin və prokurorların əməyini də xüsusi qeyd edib.

Kamran Əliyev, həmçinin 1987-ci ildən bu işlərlə bağlı sübutları toplamış, faktları çətin şəraitdə, o cümlədən müharibə dövründə sənədləşdirmiş prokurorluq veteranlarına və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına dərin təşəkkürünü çatdırıb.

Baş prokuror bildirib ki, ötən bir il ərzində prokurorluq digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkədə əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də qanunun aliliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirib.