"Azercell" “Məktəbə qayıdış” kampaniyasını elan edir
15 sentyabr tarixindən etibarən lider mobil operator “Azercell Telekom” “Bookmate” və “Busuu” tətbiqlərinə qoşulan "Azercell" abunəçiləri üçün “Məktəbə qayıdış” kampaniyasını elan edir.
Adalet.az xəbər verir ki, həmin tarixdə “Bookmate” elektron kitabxanası və “Busuu” məşhur dil öyrənmə tətbiqinə yeni qoşulan Azercell abunəçiləri bu proqramlardan 1 ay ərzində pulsuz - abunə haqqı olmadan istifadə imkanı əldə edir. Kampaniya 15 oktyabr tarixinə qədər davam edəcək.
Xatırladaq ki, “Bookmate” elektron kitabxanası Azərbaycan, rus, ingilis dili ilə yanaşı, daha 13 dildə milyonlarla kitabı elektron formatda əldə etmək imkanını yaradır. Bu tətbiq vasitəsilə məkandan və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə kitabları həm oxumaq, həm də dinləmək mümkündür. Dünyanın top 10 dilöyrənmə platformaları sırasında olan “Busuu” proqramı real vaxt rejimində xarici dilin öyrənilməsini əlçatan edir.
Qeyd edək ki, hər iki tətbiqə müxtəlif platformalar: "Azercell"in rəsmi saytı, “Kabinetim” tətbiqi, “ABB Mobile” və “Umico” mobil əlavələri üzərindən qoşulmaq olar.
"Azercell" şirkəti özünün “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strategiyasına əsaslanaraq fərqli rəqəmsal həllərin abunəçiləri üçün daha əlçatan olmasına çalışaraq, bu istiqamətdə yeni təkliflərini davam etdirəcək.
Digər Xəbərlər
30 Aprel 2026 11:13
“Texnoloji çağ internet inqilabı ilə başladı”
27 Aprel 2026 12:41
TikTok gənclərin düşüncə tərzini necə dəyişir?
23 Aprel 2026 16:49
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir
23 Aprel 2026 10:02
Türkiyə də uşaqlara sosial medianı qadağan etdi
20 Aprel 2026 16:34
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıldı
20 Aprel 2026 10:31
“AzInTelecom”un superkompüter infrastrukturundan istifadə genişlənir
14 Aprel 2026 15:43
Bakcell-in baş icraçı direktoru vəzifəsindən ayrıldı
13 Aprel 2026 09:30


Bakı -°C

