“AzerGold” QSC-nin KSM Komitəsinin sədri Naxçıvanda sakinlərlə görüşüb - FOTOLAR
“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin sədri, Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü - sədrin müavini Xəyyam Fərzəliyev Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerli sakinlərlə görüşüb.
Görüş “AzerGold” QSC-nin hazırda layihə üzrə intensiv tədqiqat işləri həyata keçirdiyi “Ortakənd” qızıl, o cümlədən “Göydağ” mis-porfir və “Başkənd” mis sahələrinin yaxınlığında yerləşən Xanəgah kəndində təşkil edilib.
KSM çərçivəsində sözügedən kəndin sakinləri ilə ilk dəfə keçirilən görüşün əsas məqsədi fəaliyyət zonasına yaxın ərazilərdə yaşayan vətəndaşlarla yaxından tanışlıq, onları sahələrin istismarına hazırlıq işləri barədə məlumatlandırmaq, yerli icmaların sosial ehtiyaclarını müəyyənləşdirmək və növbəti il üçün hazırlanan sosial tədbirlər planına daxil etməkdir.
Xəyyam Fərzəliyev “AzerGold” QSC tərəfindən 2018-ci ildən geoloji tədqiqata cəlb edilən “Ortakənd” yatağının Naxçıvan Muxtar Respublikasında istismarına hazırlıq işləri görülən ilk qızıl yatağı olduğunu bildirib. KSM Komitəsinin sədri hazırda yataq üzrə qiymətli metalların hasilat metodologiyasının müəyyənləşdirildiyini, optimal emal texnologiyasının tətbiqi istiqamətində işlərin aparıldığını kənd sakinlərinin diqqətinə çatdırıb. Önümüzdəki illərdə istismara verilməsi nəzərdə tutulan “Ortakənd” qızıl yatağı, o cümlədən hazırda geoloji tədqiqat mərhələsində olan digər sahələrdə hasilat və istehsalat fəaliyyətinin təşkili ilə ölkəmizin, xüsusilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına əlavə töhfələrin verilməsi, bölgədə məşğulluğun səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da gücləndirilməsinin əsas hədəflərdən biri kimi qarşıya qoyulduğu qeyd olunub.
Görüşdə Səhmdar Cəmiyyətinin bu günə qədər hasilat və istehsalat fəaliyyəti zamanı sosial məsuliyyətlilik prinsipi əsasında müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatlar verilib, sakinlərin sosial ehtiyacları ilə bağlı müraciət və təşəbbüsləri dinlənilib, nəzərə alınması üçün qeydiyyata alınıb.
Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının yerli icra orqanlarında da görüşlər keçirilib, QSC-nin bölgə ilə bağlı planlaşdırdığı layihələr müzakirə olunub.
Qeyd edək ki, KSM Komitəsi tərəfindən Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi bölgələrdə yerli sakinlərlə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31


Bakı -°C

