“AzerGold” tələbələr üçün növbəti təqaüd proqramını elan edir
AzerGold QSC dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün növbəti “Təqaüd proqramı” müsabiqəsini elan edir.
Bu barədə Adalet.az-a “AzerGold”dan məlumat verilib.
Səhmdar Cəmiyyətinin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədi ilə təsis edilən təqaüd Azərbaycanda faəliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq.
Müsabiqədə 2026-2027-ci tədris ili üzrə bakalavr və magistr səviyyəsinin sonuncu kursunda dağ-mədən mühəndisliyi, geologiya, kimya mühəndisliyi və metallurgiya sahələri üzrə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr iştirak edə bilərlər.
Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq.
Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə Təqaüd proqramına cəlb edilərək, hər biri müvafiq təltifnamə və tədris ili müddətində, hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək.
Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra tələblərə uyğun müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
“Təqaüd proqramı” layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün AzerGold QSC-nin rəsmi veb-saytında “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı” altbölməsinə daxil ola bilərsiniz.
Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur.
Müsabiqəyə elan dərc edildiyi gündən start verilir. Müraciət üçün son tarix 16 sentyabr 2026-cı ildir.
Digər Xəbərlər
22 Oktyabr 2026 12:11
Azərbaycanda daxili yanma mühərrikli avtomobillər mərhələli istismardan çıxarılacaq
22 Oktyabr 2026 10:32
“Azeri Light”ın qiyməti 120 dollara yaxınlaşdı
22 Oktyabr 2026 10:09
Xaricə gedənlərin sayı azalıb
21 Oktyabr 2026 22:00
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
21 Oktyabr 2026 11:44
Azərbaycanda yağ kəskin bahalaşdı
21 Oktyabr 2026 10:20
AZƏRBAYCANDA DAĞ-MƏDƏN EKOLOGİYASININ İNKİŞAF PERSPEKTİVLƏRİ
21 Oktyabr 2026 08:04
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
20 Oktyabr 2026 13:18


Bakı -°C

