"Azərsu" azad edilmiş ərazilərdəki xidmət sahələri üçün avtomobil və ekskovatorlar alıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) işğaldan azad edilmiş ərazilərdə, həmçinin içməli su çatışmazlığı problemi olan yaşayış məntəqələrində xidmətin keyfiyyətinin yüksəldilməsi və operativliyin artırılması məqsədilə tədbirləri davam etdirir. İşğaldan azad edilmiş ərazilərdə istismar işlərinin asanlaşdırılması və işçilərin əmək şəratinin yaxşılaşdırılması məqsədilə yeni nəqliyyat vasitələri alınaraq xidmət ərazilərinə yola salınıb.
ASC-dən Adalet.az-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində ötən müddətdə 350-dək obyekt içməli su ilə təmin edilib. Su mənbələrindən uzaq və infrastrukturun mövcud olmadığı ərazilərin su təchizatı xüsusi sudaşıyan maşınlar vasitəsi ilə təmin edilib. Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nəqliyyat vasitələri əraziyə cəlb olunub. Xidmət ərazisinin getdikcə genişlənməsi və içməli suya tələbatın artması, həmçinin istismar olunan qurğuların əhatə dairəsinin genişlənməsi nəzərə alınaraq yeni nəqliyyat vasitələrinin alınması zərurəti yaranıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən xidmət sahələri üçün 6 pik-up tipli avtomobil, 18 ton tutumu olan 4 ədəd sudaşıyan maşın, 3 ekskovator və qəza-bərpa xidməti üçün 1 ədəd UAZ markalı nəqliyyat vasitəsi alınıb.
Bu nəqliyyat vasitələri işğaldan azad olunmuş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında, Hadrut qəsəbəsində xidməti istifadə üçün nəzərdə tutulub.
Bundan başqa, yay aylarında su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrinə suyun çatdırılması məqsədilə əlavə maşınlar alınıb. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin parkında olan 8 ədəd 18 tonluq yeni sudaşıyan maşın regionlara göndərilib.
Digər Xəbərlər
24 Dekabr 2025 15:24
Prezident və xanımı Xankəndidə açılışda - FOTOLAR + YENİLƏNİB
24 Dekabr 2025 13:50
Sabah qar yağacaq - PROQNOZ
24 Dekabr 2025 13:07
Daha 169 nəfər doğma yurda döndü - YENİLƏNİB
24 Dekabr 2025 12:42
İlham Əliyev və xanımı Ağdamda sakinlərlə görüşdü
24 Dekabr 2025 11:48
Səma VİDEOsuna görə işdən qovula bilər - Nazirdən açıqlama - VİDEO
24 Dekabr 2025 11:33
Himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb
24 Dekabr 2025 10:29
Azad olunmuş ərazilərin bərpasına 23 milyard manat ayrılıb
23 Dekabr 2025 18:00


Bakı -°C

